Tokio Ədli Tibb İnstitutundan verilən açıqlamada, 1 iyun – 31 avqust tarixləri arasında 3 aylıq dövrdə nəhəng metropolda yaşayan 248 nəfərin isti vurması nəticəsində öldüyü bildirilib.
Həyatını itirənlərin 32 nəfərinin 90, 97 nəfərinin 80, 82 nəfərinin 70, 27 nəfərinin 60, 10 nəfərinin isə 60 yaşdan aşağı olduğu qeyd edilsə də, 239 nəfərin qapalı yerlərdə ölüm halları qeydə alınıb.
Qapalı məkanlarda həyatını itirən 239 nəfərdən 213-nün kondisionerdən istifadə etmədiyini təsbit edən mütəxəssislər, isti vurmağa qarşı tədbir görməyin vacibliyinə diqqət çəkiblər.