Sentyabr 9, 2025-20:03
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır

2024:09:04 - 13:57
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Dövlət Yuğ Teatrında yeni mövsümün açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.Teatrdan AZƏRTAC-a bildirilib ki, tədbir teatrın ötən mövsüm ərzində fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.Görüşdə çıxış edən teatrın ədəbi hissə müdiri Elçin Cəfərov sənət ocağının reallaşdırdığı layihələr, hazırlanan tamaşalar haqqında məlumat verib. “Yalnız teatr-konsert müəssisəsi kimi fəaliyyət göstərməklə kifayətlənməyən, Azərbaycan teatr mədəniyyətinin inkişafı üçün mühüm layihələrə imza atan Yuğ Dövlət Teatrı ötən mövsüm ərzində bir sıra layihələrdə tərəfdaş kimi tanınıb. Xüsusilə “Characters Müasir Dramaturgiya Festivalı” növbəti mövsümlərdə də milli teatr sənətinin inkişafına təkan verəcək belə layihələri davam etdirəcək”,- deyə o əlavə edib.Direktor İslam Həsənov qeyd edib ki, teatrın qarşıdakı aylarda Əbdülqəni Əliyevin quruluşunda hazırlanmış “Asılqan” adlı səhnə əsəri ilə Estoniyada qastrol səfərində olacağı gözlənilir.Tədbirdə doqquz il Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşmış Yuğ Teatrının bina məsələsinə də bir daha toxunulub. Həmçinin Azərbaycan günləri çərçivəsində Özbəkistanda nümayiş olunmuş “Mənəm, mən” tamaşası xüsusilə qeyd edilib.Baş rejissor Mikayıl Mikayılov teatrda yeni hazırlanacaq tamaşalar barədə məlumatlar verərək, qeyd edib ki, 2024-2025-ci teatr ili çərçivəsində Yuğ Teatrında yapon dramaturq Koki Mitaninin “Gülüş akademiyası”, azərbaycanlı dramaturq İsmayıl İmanın “Əziz ata” və “CHARACTERS Müasir Dramaturgiya” Festivalının qalibi yazıçı-dramaturq Şəbnəm Xeyrullanın “Arqon” əsərləri tamaşaya hazırlanacaq.Bununla yanaşı, teatrın ötən il xarici və yerli və qastrol səfərlərində və festivallarda iştirakı da qiymətləndirilib. Qeyd edilib ki, bu il Yuğ Teatrının 35 və teatrın yaradıcısı Vaqif İbrahimoğlunun anadan olmasının 75 illiyidir. Bununla bağlı tədbir keçiriləcək və rejissorun “Albalı bağı” tamaşası nümayiş olunacaq.

Əvvəlki Yazı

Bu ilin sonunadək “Mygov” platformasında süni intellekt tətbiq olunacaq

Növbəti Yazı

Azərbaycanda ilk dəfə “Baku Cinema Breeze” beynəlxalq film festivalı keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.