Aprel 25, 2026-15:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Elnur Məmmədov: Azərbaycan BƏƏ ilə əlaqələrini dərinləşdirməyə sadiqdir

2024:09:04 - 15:48
in SİYASƏT
A A

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə əlaqələrini dərinləşdirməyə sadiqdir. BƏƏ-nin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın bu ilin əvvəlində Azərbaycana səfəri ikitərəfli münasibətlərimizə böyük təsir göstərib.AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan ilə BƏƏ arasında diplomatik əlaqələrin qurulmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədov söyləyib.O əlavə edib ki, Azərbaycan və BƏƏ arasında əməkdaşlığın ən perspektivli sahələrindən biri də alternativ enerji sahəsidir. Azərbaycan öz enerji kompleksini şaxələndirmək və karbon emissiyalarını azaltmaq öhdəliyinə sadiqdir. “Resurslarımızı birləşdirmək, təcrübə mübadiləsi aparmaq və innovativ texnologiyalara sərmayə qoymaqla biz təkcə öz ölkələrimiz üçün deyil, həm də bütün dünya üçün daha davamlı gələcəyə töhfə vermiş olacağıq”, – deyə E.Məmmədov vurğulayıb.Nazir müavini bildirib ki, Azərbaycan işğaldan azad edilmiş torpaqlarında genişmiqyaslı yenidənqurma işlərinə başlayıb. Azərbaycanın bu çox milyardlıq sərmayəsi keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıtması üçün lazımi şərait yaratmaq məqsədi daşıyır: “Beynəlxalq ictimaiyyətin səsi Azərbaycanın reabilitasiya və yenidənqurma səylərinə, xüsusilə humanitar minatəmizləmə təşəbbüslərinə daha çox dəstəyin səfərbər edilməsində mühüm rol oynaya bilər.Bu baxımdan, BƏƏ-nin bu çətin dövrdə Azərbaycana göstərdiyi əvəzsiz mühüm yardımı yüksək qiymətləndiririk. Bu dəstək təkcə minaların təmizlənməsindən ibarət deyil, ümidləri bərpa etmək və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasına şərait yaratmaqdır. BƏƏ də Azərbaycanın Qarabağ bölgəsinə əhəmiyyətli humanitar yardım göstərib”.

Əvvəlki Yazı

Bir sıra nazirlər işdən çıxarıldı: Zelenski bunun nə ilə əlaqəli olduğunu izah edib

Növbəti Yazı

Bloomberg: İstefadan sonra Kuleba NATO ilə əlaqələri gücləndirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.