Səkkiz şirkət Çinin maraqları naminə sənaye casusluğu aparmaqda şübhəli bilinir, bəziləri Çin hökumətindən maliyyə alsığı deyilir.
/TASS/. Xüsusi əməliyyat zamanı Tayvan İstintaq İdarəsi ÇXR hökumətinin xeyrinə sənaye casusluğu işi üzrə 65 nəfəri dindirib. Bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Səkkiz şirkət Çinin maraqları naminə sənaye casusluğu aparmaqda şübhəli bilinir, bəziləri Çin hökumətindən maliyyə alıb. İstintaqın məlumatına görə, sözügedən şirkətlər həm də iş təklif etmək üçün Tayvanın yüksək texnologiya şirkətlərinin işçilərini axtarırmış.
Agentlik qeyd edir ki, xüsusi əməliyyata Sinbey, Hsinçu, Taypey və Tayçunq şəhərlərindən 135 müstəntiq cəlb olunub. Bu iş üzrə ümumilikdə 30 axtarış aparılıb.