Yelisey sarayı yeni baş nazir Mişel Barnierin işinə mane olmaq fikrində deyil və ona müstəqil siyasət aparmağa imkan verəcək. Bu barədə “Le Figaro” qəzeti Fransa prezidenti Emmanuel Makronun ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbətləri iddia edirlər ki, Yelisey sarayı hökumətlə “telləri kəsir”. Belə ki, Yelisey Sarayının baş katibi Aleksis Kohler cümə axşamı axşam prezident və baş nazirin ofislərinin müşavirləri ilə görüşündə bildirib ki, bundan sonra iki ofis üçün müəyyən mövzular üzrə ümumi məsləhətçilərdən istifadə praktikası, ləğv ediləcək. Həmçinin, Makron administrasiyası qarşıdan gələn qanunlarla bağlı qərarların qəbul ediləcəyi nazirliklərarası görüşlərə artıq nümayəndə göndərməyəcək və Barnierin ofisinin rəhbərinin təyin edilməsi ilə bağlı tövsiyələr verməyəcək.
“O [baş nazir] tam nəzarətə sahib olacaq”, prezidentin ətrafı əmin edib ki, Barnier nazirlər kabinetini özü formalaşdıra biləcək. Nəşr eyni zamanda qeyd edir ki, Makron müdafiə və xarici işlər sahələrinə nəzarəti saxlamaq niyyətindədir. (Tass)