İyun 17, 2025-22:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Naxçıvanda 51 ictimai-iaşə obyektində qaz-toztutucu qurğu quraşdırılıb

2024:09:06 - 13:04
in SOSİAL
A A

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Ekoloji Ekspertiza, Ətraf Mühitə və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Xidməti tərəfindən muxtar respublikada “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq mütəmadi olaraq reyd-yoxlamalar və monitorinqlər keçirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə Naxçıvan şəhərində yerləşən bir neçə ictimai-iaşə obyektlərinə və Babək rayonunda yerləşən gəc sexlərinə baxış keçirilib. Baxış zamanı qaz-toztutucu qurğu quraşdırılan ictimai-iaşə obyektlərinin sahibkarları ilə qurğulara texniki xidmət göstərilməsi, filtrlərinin vaxtında təmizlənməsi üçün zəruri tədbirlərin görülməsi barədə söhbətlər aparılıb, gəc sexlərinin sahibkarlarına isə ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb sənədinin icra müddəti ərzində qaz-toztutucu qurğuların quraşdırılmasının vacibliyi bildirilib.

Məlumat üçün bildirək ki, bu il ərzində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı Naxçıvan Muxtar Respublikasında görüləcək işlərə dair Tədbirlər Planının müvafiq bəndinin icrası məqsədilə xidmət tərəfindən qanunvericiliyə uyğun olaraq qaz-toztutucu qurğu olmadan fəaliyyət göstərən ümumilikdə 100 olmaqla 95 ictimai-iaşə obyektinə və 5 gəc sexinə “ekoloji tələb” qoyulub. Nəticədə “ekoloji tələb”lərin icra müddəti ərzində 51 ictimai-iaşə obyekti qaz-toztutucu qurğu quraşdırılmasını təmin edib, qaz-toztutucu qurğu quraşdırmadan fəaliyyət göstərən 15 müəssisəyə qanunvericiliyə uyğun olaraq cərimə tətbiq edilib.

Qeyd edək ki, xidmət tərəfindən 34 müəssisəyə qoyulmuş “ekoloji tələb”in icra müddəti nəzarətdə saxlanılacaq, qaz-toztutucu qurğu quraşdırmadan fəaliyyət göstərən müəssisələr barəsində isə qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

Əvvəlki Yazı

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

Növbəti Yazı

Bakı Kitab Mərkəzində “Mədəniyyətlərarası dialoq: humanist dəyərlər” almanaxının təqdimatı olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.