İsrail ordusunun Qəzza zolağının şimalında və mərkəzindəki qaçqın düşərgələrinə endirdiyi zərbələr nəticəsində azı 18 fələstinli ölüb, 15-i yaralanıb. Bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, hərbçilərin Fələstin anklavının şimalında, həyətində qaçqınların çadırlarda yerləşdirildiyi Cəbəliyədəki Halim əl-Səadiyə məktəbinə hava zərbəsi endirməsi nəticəsində 13 nəfər həlak olub. İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsində yaşayış binasına endirdiyi zərbə nəticəsində daha 5 nəfər həlak olub.
Qətərin “Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə , son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində 33 fələstinli həlak olub. İsrailin ötən oktyabr ayından Qəzzaya qarşı apardığı müharibədə ümumilikdə 40 878 nəfər ölüb, 94 454 nəfər yaralanıb. (Tass)