İsrailin baş naziri Benyamin Netanyahu Qüdsün Köhnə Şəhərindəki Məbəd dağındakı status-kvonun müqəddəsliyini bir daha təsdiqləyib və nazirlərin əvvəlcədən icazə almadan türbəni ziyarət etmələrini qadağan edib. Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
“Nazirlər onun [Netanyahunun] hərbi katibi vasitəsilə əvvəlcədən icazəsi olmadan Məbəd dağına qalxmamalıdırlar”, – bəyanatda deyilir. Bundan əlavə, baş nazir “Məbəd dağı ilə bağlı status-kvoda hər hansı dəyişiklik olmayacaq”. Netanyahu bu bəyanatları sentyabrın 8-də axşam Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl verib, ofis qeyd edib. (Tass)