ABŞ Müdafiə Nazirliyi hava təhdidlərinə qarşı müdafiəni gücləndirmək üçün bir neçə şirkətə ümumi məbləği 5,4 milyard dollar olan müqavilələr bağlayıb. Bu barədə Pentaqonun mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
Sənəddə qeyd edildiyi kimi, “düşməndən gələn hava təhdidlərindən” qorunmaq üçün “hava dəstəyi xidmətləri”nə vəsait ayrılır. Açıqlamadan belə çıxır ki, işin həm ABŞ-da, həm də xaricdə aparılması planlaşdırılır.
Pentaqonun müqaviləsi üzrə podratçılar ABŞ-da yerləşən Airborne Tactical Advantage, Blue Air Training, Coastal Defense, Draken International, RAVN Group, Tactical Air Support, Top Aces, Valkyrie Aero şirkətləridir. Bəyanatda mahiyyəti açıqlanmayan işin 2029-cu il oktyabrın 13-dək başa çatdırılacağı güman edilir. (Tass)