Sentyabr 15, 2025-17:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Fariz Cəfərov: Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır

2024:09:10 - 15:40
in İQTİSADİYYAT
A A

Hazırda Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.

“TikTok” ilə danışıqların son mərhələdə olduğunu qeyd edən Fariz Cəfərov deyib: “Son illər Azərbaycan sahibkarları dəstəkləmək üçün lazımi alətlər və infrastruktur təmin etməklə milli biznesin rəqabət qabiliyyətinin artırılması və onun yeni səviyyəyə qaldırılması üzrə fəal şəkildə çalışır. Hökumət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bura təkcə kiçik və orta sahibkarlıq (KOB) üçün təlim və dəstək deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır”.

Onun sözlərinə görə, bu rəqəmsal transformasiyanın əsas elementi KYC (“Know Your Customer”) sistemi və rəqəmsal eyniləşdirmənin tətbiqi olub ki, bu da vətəndaşların və biznesin dövlətlə qarşılıqlı əlaqəsini sadələşdirir: “Azərbaycan artıq bu sahədə mühüm irəliləyiş əldə edib. rəqəmsal hökumət – “mygov”da hər bir vətəndaşın öz şəxsi hesabı var ki, bu da onlayn ödənişləri asanlaşdırır. Qanunvericiliyə edilən son dəyişikliklər rəqəmsal şəxsiyyət vəsiqəsi əsasında bank hesablarının açılmasını mümkün edir, habelə bu prosesi xeyli asanlaşdırır və sürətləndirir. Beş ildən artıqdır ki, hökumət vətəndaşların razılığı əsasında banklar və müəssisələrlə məlumat mübadiləsi aparır ki, bu da bank sektorunda innovasiyaları sürətləndirir. Artıq banklar yeni mobil həllər təklif edə, müştəri xidmətlərinin xərclərini 4 dəfə azalda bilər”.

F. Cəfərov qeyd edib ki, Azərbaycanda, həmçinin elektron tender və viza platformaları, eləcə də “fintech” sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradılır.

“4SIM Azerbaijan” şirkətinin icraçı direktoru vurğulayıb: “Gələcəkdə 1200-dən çox kiçik və orta sahibkara ERP sistemlərinə və bulud həllərinə çıxışı təmin etməklə onlara kömək etmək planlaşdırılır ki, bu da biznesə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda öz fəaliyyətlərini sürətlə rəqəmsallaşdırmağa və genişləndirməyə imkan verəcək”.

O əlavə edib ki, hökumət kriptovalyuta vasitəsilə qazananlar üçün yeni vergi qaydaları da hazırlayır.

Əvvəlki Yazı

Nazir müavini: İqtisadi inkişafımız ən müasir tələblərə uyğun təhsil müəssisələri yaratmağa imkan verir

Növbəti Yazı

Ermənistan Azərbaycanla sərhədin delimitasiyası məsələlərinə sentyabrın 24-də baxacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.