İyun 18, 2025-17:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Zaqatalada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

2023:10:11 - 15:57
in SOSİAL
A A

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə canlarından keçən Zaqatala rayonunun igid oğulları – Ziliban kəndindən Mütəllib Serov, Qandax kəndindən Şəhin İskəndərov və Bəhmətli kəndindən Ümid Məmmədovun şəhadətə yüksəlmələrinin üçüncü ildönümü ilə əlaqədar oktyabrın 11-də anım mərasimləri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidlərin ildönümü ilə əlaqədar rayon icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri və kənd sakinləri onların məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüb, xatirələrini ehtiramla anıb, ruhlarına dualar oxuyublar.

Mərasimlərdə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Qarabağ iqtisadi rayonunda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə bu il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı Qələbənin tarixi əhəmiyyətindən, şəhidlərin keçdiyi şərəfli döyüş yolundan danışılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.

Şəhidlərin doğmaları şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.

Əvvəlki Yazı

Bakıda MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin iclası keçirilib

Növbəti Yazı

Məktəb direktorları təlimlərə cəlb olunublar

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.