Avqust 28, 2025-16:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

2024:09:11 - 14:20
in İQTİSADİYYAT
A A

Elm və Təhsil Nazirliyi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində cari tədris ilindən Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyasının yaradılması nəzərdə tutulub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə yaradılacaq akademiyanın məqsədi şəbəkə texnologiyaları üzrə yerli mütəxəssislər hazırlamaqdır. “Cisco” Şəbəkə Akademiyasında informasiya texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsi planlaşdırılır.

Akademiyada dərslər “Cisco” şirkətinin proqramı əsasında peşəkar, sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən keçiriləcək. Təlim kurslarında iştirak etməklə tələbələr laboratoriyalarda real və virtual sistemlər vasitəsilə biliklərini artıracaq və rəsmi sertifikatlaşdırma resurslarına çıxış imkanı qazanacaqlar.

Təlimlər sayəsində tələbələr, həmçinin “Cisco” sertifikatlı şəbəkə mütəxəssisi statusunu qazanmaq üçün beynəlxalq imtahanlara hazırlaşa biləcəklər.

Əvvəlki Yazı

EBRD Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılmasında iştirak edə bilər

Növbəti Yazı

CNN: Trampın çevrəsi onun Harrisin təxribatlarına uyduğunu etiraf edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.