Avqust 28, 2025-10:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

ADSEA Füzulidə və Şuşada sakinləri işlə təmin edib

2024:09:11 - 18:00
in SOSİAL
A A
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Ağdam, Füzuli, Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzuli və Şuşa şəhərlərində sakinlərin işlə təmin olunması barədə müraciətlərinə baxılıb, onlarla görüş keçirilib.“Report” ADSEA-ya istinadən xəbər verir ki, sakinlərlə görüşdə ADSEA sədrinin müşaviri Etibar Məmmədov, sədrin köməkçisi Leyla Namazova, Aparat rəhbərinin müavini Ülviyyə Məmmədova, Regional Su Meliorasiya Xidmətinin sədr müavini Elşən Həsənzadə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İnsan resursları və kargüzarlıq şöbəsinin müdiri Zemfira Hüseynbəyli, Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdir müavini Pərviz Hüseynov iştirak ediblər.ADSEA sədrinin müşaviri E. Məmmədov yurdlarına qayıdan insanların məşğulluğunun əsas prioritetlərdən biri elan edildiyini diqqətə çatdıraraq, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Füzuli və Şuşa Sukanal Sahələrinin yaradıldığını xatırladıb. O da vurğulanıb ki, işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır.Füzuli şəhərində təşkil olunan görüşdə işə qəbul olunmaq istəyən 16 Füzuli sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq ADSEA-nın tabeliyində Regional Su Meliorasiya Xidmətinin Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində işlə təmin olunublar.Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov çıxışında ADSEA-nın göstərdiyi bu təşəbbüsün təqdirəlayiq olduğunu deyib və qeyd edib ki, Füzuli sakinlərinin bir qisminin işlə təmin olunması Böyük Qayıdışa dair I Dövlət Proqramının icrasına müsbət töhfələr verəcək. O bildirib ki, doğma yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas vacib olan məsələlərdəndir.Şuşa şəhərində keçirilən tədbirdə işə qəbul olunmaqla bağlı 20 Şuşa sakininin müraciətlərinə baxılıb, onlar da müvafiq qaydalar üzrə seçimlərdən keçərək Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Şuşa və Xankəndi Su Meliorasiya Sistemlərinin İstismarı Sahəsində işlə təmin olunublar.Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.ADSEA Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun sürətlə təminatı işlərini davam etdirir.
Əvvəlki Yazı

Azərbaycanla Tailand arasında multikulturalizm sahəsində təcrübə mübadiləsi ilə bağlı əməkdaşlıq müzakirə olunub

Növbəti Yazı

Fransanın terrorla mübarizə prokurorluğu Telegram ilə əməkdaşlıq etdiyini açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.