Böyük Britaniya Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına sərmayə qoyur. Bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Kiyevdə ABŞ dövlət katibi Entoni Blinken və Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andriy Sibiqa ilə birgə mətbuat konfransında bildirib. Veriliş Dövlət Departamentinin YouTube kanalında aparılıb.
Londonun Ukraynanın müdafiə sənayesi kompleksinə dəstəyindən danışan Lammi, “Böyük Britaniya artıq Ukraynanın pilotsuz təyyarələrinin istehsalına sərmayə qoyur” deyib. O, həmçinin bildirib ki, Rusiyanın pilotsuz təyyarələrdən və uçan bombalardan istifadə etməsi Böyük Britaniya üçün “narahatlıq” yaradır. (Tass)