Saatlıda ətraf mühiti çirkləndirən şəxslərə qarşı tədbirlər davam etdirilir.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Qara Nuru kəndi ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkarlanıb.Qeyd olunan ərazinin təmizlənməsi təmin olunub və qayda pozuntusuna yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.