İlon Mask ABŞ-ın Kiyevin Rusiya ərazisinə dərin zərbələr endirmək üçün Amerika silahlarından istifadə edəcəyinə qərar verəcəyi təqdirdə üçüncü dünya müharibəsi təhlükəsi barədə xəbərdarlıq edib.
“Bu, şübhəsiz ki, bu istiqamətdə bir addımdır” deyə o, X-də (keçmiş Twitter) yazıb. O, Vaşinqtonun Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək qərarı kontekstində üçüncü dünya müharibəsi ilə bağlı istifadəçi yazısını belə şərh edib.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Vaşinqtonun Kiyevə Rusiya ərazisinin dərinliklərinə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə vermək niyyəti münaqişənin gərginləşməsi yolunda yeni addımdır. (Tass)