Sentyabr 14, 2025-3:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Aqrar Xidmətlər Agentliyinin sədri: İqlim dəyişikliyi və davamlı inkişaf keyfiyyətli toxum istehsalının əhəmiyyətini daha da artırmaqdadır

2024:09:13 - 13:13
in İQTİSADİYYAT
A A

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə Şamaxıda “İqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişafı” mövzusunda konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Aqrar Sığorta Fondunun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Rusiya Federasiyasının P.P.Lukyanenko adına Taxıl Mərkəzinin, elmi tədqiqat institutlarının, Azərbaycan Toxumçular Assosiasiyasının, özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və toxumçu fermerlər iştirak ediblər.Konfransın keçirilməsində əsas məqsəd ölkədə toxumçuluğun mövcud vəziyyəti, iqlim dəyişikliyinin kənd təsərrüfatına, o cümlədən toxumçuluğun inkişafına təsiri, ölkədə rəqabətli toxum bazarının formalaşması, toxumçuluğun təşkilində beynəlxalq standartların tətbiqi, özəl toxumçuluğun inkişaf perspektivləri, eləcə də toxumçuluğun müxtəlif sahələri üzrə bilikləri bölüşmək, fikir mübadiləsi aparılmasından ibarətdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən AXA-nın sədri Sərdar Hacıyev ölkədə toxumçuluq sahəsinin mövcud vəziyyəti, iqlim dəyişikliyi şəraitində toxumçuluğun inkişaf prespektivləri, qarşıda duran hədəflər barədə iştirakçılara məlumat verib. Bildirib ki, planetimizdə müşahidə olunan iqlim dəyişikliyi, əhalinin artımı və davamlı inkişafa ehtiyac keyfiyyətli toxum istehsalının əhəmiyyətini daha da artırmaqdadır. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. Sərdar Hacıyev fermerlərin sertifikatlı toxuma olan əlçatanlığının təmin edilməsi, toxumluq əkin sahələrində aprobasiyanın və sertifikatlaşdırma prosesinin beynəlxalq standartlara uyğun olaraq həyata keçirilməsi, eləcə də bu sahədə tətbiq olunan yeniliklər barədə məlumat verib.FAO-nun ölkəmizdəki nümayəndəsi Bariz Mehdiyev təmsil etdiyi təşkilatın Azərbaycan hökuməti ilə əməkdaşlığı barədə məlumat verib, birgə icra olunan layihələrə, toxumçuluğun inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub.Daha sonra konfrans işini panel sessiyalarda davam etdirib. Sessiyalarda ölkədə toxumçuluğun mövcud vəziyyəti, İqlim dəyişikliyinin kənd təsərrüfatına, o cümlədən toxumçuluğun inkişafına təsiri, ölkədə rəqabətli toxum bazarının formalaşması, toxumçuluğun elmi əsaslarla inkişafı mövzuları üzrə təqdimatlar keçirilib.İştirakçılar taxıl və tərəvəz toxumçuluğunun, tingçiliyin inkişaf perspektivlərinə dair müzakirələr aparıb, toxumçuluq sahəsinin inkişafı ilə bağlı təklifləri müzakirə ediblər.

Əvvəlki Yazı

Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Növbəti Yazı

İran Masyafa hücum zamanı iranlı əsgərlərin həlak olması ilə bağlı məlumatları təkzib edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.