Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərindən Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək Kiyevin qalib gəlməsinə kömək etməyəcək. Bu fikri BBC-nin jurnalisti Ceremi Bouen deyib.
“Ukraynaya Rusiyaya hücum etmək üçün Qərb raketlərindən istifadə etməyə icazə verilsəydi, bu, baş verənlərin bəzi təfərrüatlarını dəyişə bilər və təbii ki, ukraynalılara ruslara zərbə endirmək üçün başqa səbəb verə bilərdi, lakin bu, Ukraynaya müharibədə qələbə gətirməyəcək” deyib.
BBC-nin məlumatına görə, Storm Shadow raketlərinin Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazə məsələsi sentyabrın 13-də Böyük Britaniyanın baş naziri Key Starmer və ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda keçiriləcək görüşdə müzakirə olunacaq. Eyni zamanda “The Guardian” qəzeti yazıb ki, Britaniya hökumətinin başçısı məsləhətləşmələrdən sonra hansısa qərar barədə ictimaiyyətə açıqlama vermək niyyətində deyil. (Tass)