İranın BMT-dəki daimi nümayəndəliyi bildirib ki, Tehran xaricdəki siyasi rəqiblərini məhv etmək niyyətində deyil.
“İran İslam Respublikasının istər Qərbdə, istərsə də başqa bir ölkədə [insanları] məhv etmək və ya oğurlamaq üçün əməliyyatlar həyata keçirmək niyyəti və ya planı yoxdur”, – IRNA xəbər agentliyi diplomatik missiyadan sitat gətirib.
Daimi nümayəndəliyin qeyd etdiyi kimi, İranın amerikalı siyasətçilərə qarşı sui-qəsdlər təşkil etmək planlarına dair iddialar İsrail, Qərb və ABŞ kəşfiyyat xidmətləri, eləcə də radikal müxalif qrup Mücahidin-e Xalq (Mücahidlər Təşkilatı) tərəfdarları tərəfindən yayılır. (Tass)