Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində işçilərin yaşayış yerindən kənarda olduqları zaman baş vermiş istehsalat qəzalarının araşdırılması proseduru haqqında imzalanmış Sazişdən çıxıb. Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk Telegram kanalında məlumat verib.
Sənəd 1994-cü il dekabrın 9-da Moskvada imzalanıb.
Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir. (Tass)