İyun 21, 2025-3:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Gəncədə Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb

2024:09:13 - 18:11
in MƏDƏNİYYƏT
A A
Gəncə şəhərində “Türk dünyasının Azərbaycan və Özbəkistan modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti tərəfindən təşkil edilən təbdir çərçivəsində AMEA-nın Gəncə bölməsində Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi açılıb. Mərkəzdə Azərbaycan və Özbəkistan xalqlarının qardaşlıq əlaqələrini əks etdirən guşələr, eksponatlar, Nizami Gəncəvi və Əlişir Nəvai yaradıcılığına aid nəşrlər təqdim olunub.Beynəlxalq elmi-praktik konfransda Azərbaycan-Özbəkistan qardaşlığı və dostluğundan geniş söz açılıb. İki ölkə arasında münasibətlərin, güclənən strateji tərəfdaşlığın Türk dünyası birliyinə töhfə olduğu diqqətə çatdırılıb. Həmçinin ədəbi-mədəni əlaqələrin tarixi və müasir dövrünə nəzər salınıb.Özbəkistanda dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin özbək dilində çap olunması, onun ardıcıllarından olan böyük özbək şairi Əlişir Nəvainin əsərlərinin Azərbaycanda tərcümə edilərək geniş oxucu kütləsinə çatdırılması hər iki ölkənin mədəni həyatında mühüm hadisə adlandırılıb.Konfrans iştirakçıları Gəncə şəhərinin tarixi abidələri ilə də tanış olublar.
Əvvəlki Yazı

Azərbaycanda sərnişindaşıma 9% artıb

Növbəti Yazı

İsrail ordusu Livandan gələn hava hədəfinin tutulduğunu açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.