Oktyabrda vəzifəsini tərk edəcək NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, alyans Ukraynada müharibənin qarşısını almaq üçün daha çox şey edə bilərdi.
“İndi biz müharibə üçün hərbi vasitələr təqdim edirik – o zaman müharibənin qarşısını almaq üçün hərbi vasitələr verə bilərdik” o , Almaniyanın FAS qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, NATO üzvləri eskalasiya qorxusundan Ukraynanın Rusiyanın işğalından əvvəl tələb etdiyi silahları vermək istəməyiblər.
“Mən bu cür suallara çox diqqətli yanaşıram, çünki heç vaxt dəqiq demək, hətta sübut etmək mümkün deyil. Amma bu xəbərdarlıqla deyəcəyəm ki, kaş NATO müttəfiqləri və NATO-nun özü Ukraynanı daha tez gücləndirmək üçün daha çox iş görsəydi. Kaş Ukrayna daha güclü olsaydı. Hərbi baxımdan Rusiyanın hücumu üçün hədd daha yüksək olardı”, Stoltenberq deyir. (Unian.ua)