İyun 19, 2025-2:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Reuters: BƏƏ ABŞ-la F-35 qırıcılarının alınmasını yenidən müzakirə etmək niyyətində deyil

2024:09:14 - 21:48
in DÜNYA
A A

Birləşmiş Ərəb Əmirlikləri Amerikada prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ-dan beşinci nəsil F-35 qırıcılarının alınması ilə bağlı danışıqları bərpa etmək niyyətində deyil. Bu barədə “Reuters” BƏƏ hökumət rəsmisinə istinadən məlumat yayıb.

“Mövqeyimiz dəyişməz olaraq qalır və ABŞ-da keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, yaxın gələcəkdə F-35 ilə bağlı müzakirələrin davam edəcəyini gözləmirik”, – deyə adı açıqlanmayan Əmirliyin hökumət rəsmisi bildirib. Reuters agentliyi qeyd edib ki, F-35-in istismarı ilə bağlı texniki tələblər, milli əməliyyat məhdudiyyətləri və mənfəət-xərc təhlili BƏƏ-nin o zamankı mövqeyinin yenidən qiymətləndirilməsinə səbəb olub. Əbu-Dabinin hazırkı mövqeyinin əsasını məhz bu amillər təşkil edir, deyib.

Sentyabrın 13-də Reuters öz mənbələrinə istinadən bəyan edib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, BƏƏ F-35-lərin alınması ilə bağlı danışıqları bərpa edə bilər.

2020-ci ilin sonunda, Trampın prezidentliyi dövründə Dövlət Departamenti Konqresə BƏƏ-yə 50-yə qədər Lockheed Martin F-35 qırıcı təyyarəsinin, həmçinin 18 MQ-9B kəşfiyyat aparatının və digər qabaqcıl silah sistemlərinin satışına icazə vermək niyyətində olduğunu bildirmişdi. Ümumi dəyəri 23,37 milyard dollar olan sövdələşmə BƏƏ və Bəhreyn arasında ABŞ vasitəçiliyi ilə İsraillə münasibətlərin normallaşdırılmasına dair razılaşmalardan sonra elan edilib. (Tass)

Əvvəlki Yazı

İsrailin xarici işlər naziri Borreli antisemit və ölkəsinə nifrət edən biri adlandırıb

Növbəti Yazı

Media: İsrail Hərbi Hava Qüvvələri Beyrutdan 140 km aralıda Hizbullahın arxa bazalarına hücum edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.