Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri ilə danışıqlar aparıb, danışıqlarda qruplaşmanın saxladığı girovların azad edilməsi məsələsi müzakirə olunub. Bu barədə “Habertürk” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, görüş Ankarada baş tutub. Türkiyə rəsmiləri bu danışıqlarla bağlı rəsmi şərh yaymayıb. (Tass)