May 19, 2025-0:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şuşada I beynəlxalq tədqiqat və arxeologiya toplantısı keçirilib

2024:09:16 - 17:12
in MƏDƏNİYYƏT
A A

Şuşa şəhərində türk dövlətlərini təmsil edən mütəxəssislərin iştirakı ilə I beynəlxalq tədqiqat və arxeologiya toplantısı keçirilib.

Report-un Şuşaya ezam olunan əməkdaşının məlumatına görə, Türk Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə şəhərdə Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (Association of Research Institutes and Centers of Archaeology of the Turkic World – ARICA) I toplantısı təşkil olunub.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Macarıstan, Özbəkistan və Tatarıstanın tanınmış elmi-tədqiqat mərkəzlərindən nümayəndələr iştirak ediblər.

Bildirilib ki, Şuşada keçirilən bu tədbirin ilki ötən il Özbəkistanın Səmərqənd şəhərində baş tutub. Həmin toplantıda Türk Dünyası Arxeologiya İnstitutu və Mərkəzləri Rəhbərlərinin İşçi toplantısında arxeoloji tədqiqatlarda türk xalqları arasında əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra əsas istiqamətlər müzakirə olunmuşdu.

Görüş müxtəlif arxeologiya institutları və mərkəzlərinin nümayəndələri üçün ortaq problemləri və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün platforma rolunu oynayıb.

Səmərqənd toplantısından sonra Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi yaradılıb. ARICA-nın yaradılması arxeoloji tədqiqatlar sahəsində türk xalqları arasında əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilib. Birliyin yaradılmasında məqsəd arxeologiya sahəsində əməkdaşlığı təşviq etmək, birgə tədqiqatlar aparmaq və ekspedisiyalar həyata keçirmək, eyni zamanda, beynəlxalq qurumlarla əməkdaşlıq etmək, mütəxəssislər hazırlamaq və elmi ədəbiyyat nəşr etməkdir.

Toplantı iştirakçıları tədbirin davamının Şuşada keçirilməsinin önəmli əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Şuşa həm qədimliyi, həm də özünün tarixi əhəmiyyətinə görə Türk dünyası üçün son dərəcə önəmli bir məkandır.

Əvvəlki Yazı

İran nüvə proqramı ilə bağlı ABŞ və Avropanın təhdidini açıqlayıb

Növbəti Yazı

MAQATE rəhbəri Macarıstanı Paks II atom elektrik stansiyası layihəsinə dəstək verəcəyinə əmin edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.