Kanada hökuməti son yeddi il ərzində İkinci Dünya Müharibəsi zamanı nasist qüvvələrinin tərkibində xidmət etmiş ukraynalılarla əlaqəli və ya onları tərifləyən təşkilatlara təxminən 2,2 milyon dollar verib.
Bu barədə çərşənbə günü Amerikanın Forward nəşri məlumat yayıb.
Nəşr öz araşdırmasını aparıb və bu araşdırma zamanı səkkiz belə təşkilatın qəzetlər, gənclər və mədəniyyət təşkilatları da daxil olmaqla vəsait aldığını müəyyən edib. Pulun böyük hissəsi Kanada Ukrayna Konqresinin hesablarına köçürülüb. (Tass)