Avqust 18, 2025-16:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Nazir müavini: “Bu ilin sonuna qədər xidmətlərin 15 %-i rəqəmsal olacaq

2024:09:17 - 11:06
in SOSİAL
A A
Bu ilin sonuna qədər Azərbaycanda vətəndaşlara fiziki formada göstərilən xidmətlərin 15 %-nin rəqəmsal formaya keçirilməsi hədəflənir.“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov yenilənmiş “mygov” rəqəmsal hökumət platformasının təqdimat mərasimində bildirib.”Rəqəmsallaşma Azərbaycanda iqtisadi inkişafın aparıcı qüvvəsinə çevrilir, sadə vətəndaşlar və iş adamları üçün informasiya və xidmətləri əlçatan edir. Rəqəmsal inkişafımızı istiqamətləndirən strategiyamız 3 əsas vektor üzərində qurulub: rəqəmsal hökumət, rəqəmsal cəmiyyət və rəqəmsal biznes. Rəqəmsal hökumətin quruculuğu dövlət xidmətlərinin və daxili proseslərin tam rəqəmsallaşdırılmasını, xidmət və məlumatlara əlçatanlığı artırmaqla kağızsız hökumətə keçidin təmin edilməsini nəzərdə tutur. Bu istiqamətdə dövlət informasiya ehtiyatları və sistemləri arasında məlumat mübadiləsinin səmərəliliyini artırmaq və əhaliyə elektron xidmətlərin göstərilməsində idarəetməni optimallaşdırmaq məqsədilə “Digital Bridge” – Milli Məlumat Mübadiləsi sistemi təqdim olunur. Milli Məlumat Mübadiləsi sistemi keçiricilik qabiliyyətini 4 dəfə artırmaqla dövlət qurumları arasında məlumat sürətli mübadiləsini mümkün edir. Sistemə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib. “Digital Bridge” üzərindən aparılan məlumat tranzaksiyasının sayı isə önəmli irəliləyiş əldə edərək 1 milyardı keçib”, – deyə o qeyd edib.S. Məmmədov hesab edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edən ölkə kimi Azərbaycanda dayanıqlı rəqəmsal, innovativ həllərin təşviqi və həyata keçirməsi xüsusi önəm kəsb edir: “Xüsusilə rəqəmsal hökumət quruculuğunda Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminin verdiyi imkanlar proseslərin səmərəliliyinin artırılması və ətraf mühitə ziyanın minimuma endirilməsini təmin edir. RSD-dən istifadə etməklə dövlət qurumları arasında aparılan sənəd mübadiləsi nəticəsində aylıq 500 mindən çox vərəqə qənaət edilir. Bununla da sənəd mübadilələrinin səmərəliliyinin artırılması ilə yanaşı, kağızdan istifadə sayı da minimuma endirilir. Bu da ildə 2 minə yaxın ağacın qorunması deməkdir. Dövlət orqanları və tabeli altqurumlar da nəzərə alınmaqla altsistemə hazırda 1 700-dən çox qurum inteqrasiya olunub”.
Əvvəlki Yazı

DGK tərəfindən psixotrop maddə və narkotik vasitə aşkar edilib

Növbəti Yazı

Azərbaycan Özbəkistanda keçiriləcək Beynəlxalq Turizm Sərgisinə qatılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.