Rusiya Ukraynadakı münaqişənin nəticəsindən asılı olmayaraq ABŞ üçün ciddi təhlükə yaradacaq. Bu fikri ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall ABŞ Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrin Assosiasiyasının konvensiyasında çıxışı zamanı deyib.
ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi portalı onun sözlərini sitat gətirir: “Bu müharibənin nə vaxt, əgər və necə başa çatmasından asılı olmayaraq, Rusiya çox güman ki, ciddi təhlükə olaraq qalacaq”. Kendall əlavə edib ki, NATO Rusiyanın Ukraynada hərbi əməliyyatlarda iştirak etdiyi müddət ərzində öz imkanlarını gücləndirməyi gözləyir. Bu məqsədlə alyans ölkələri Norveçin JSM qanadlı raketi (Joint Strike Missile) kimi qabaqcıl silahların yerləşdirilməsində əməkdaşlıq edirlər”, – o izah edib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO rəhbərliyi öz ölkələrinin əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxutmağa çalışır, lakin analitiklər, eləcə də real siyasətlə məşğul olanlar və sadəcə olaraq ağıllı adamlar bunun saxta olduğunu çox gözəl başa düşürlər. (Tass)