Boqdanov BƏƏ səfiri ilə Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib.
Tərəflər Rusiya-BƏƏ tərəfdaşlığının, o cümlədən ticarət-iqtisadi və investisiya əməkdaşlığının, habelə humanitar və turizm sahələrində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsini vurğula yıblar.
TASS/. Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Birləşmiş Ərəb Əmirliklərinin Moskvadakı səfiri Məhəmməd Əhməd əl-Cabir Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.
Ümumi maraq kəsb edən regional gündəliyə dair ətraflı fikir mübadiləsi aparılıb, Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin inkişafı, eləcə də Qırmızı dəniz regionunda vəziyyət vurğulanıb. XİN həmçinin əlavə edib ki, tərəflər Rusiya-BƏƏ tərəfdaşlığının, o cümlədən ticarət-iqtisadi və investisiya əməkdaşlığının, habelə humanitar və turizm sahələrində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsini vurğulayılar.
Görüş BƏƏ diplomatının xahişi ilə baş tutub.