Sentyabr 12, 2025-10:27
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

İcma: Bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların evlərinə qayıdışını dəstəkləməyə çağırırıq

2024:09:19 - 11:18
in SİYASƏT
A A

Qərbi Azərbaycan İcması bütün dövlətləri Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırıb.

“Report”un xəbərinə görə, bu barədə İcmanın yaydığı bəyanatda qeyd edilib.

Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Qarabağ bölgəsində həyata keçirilmiş antiterror tədbirlərindən bir il ötür:

“Bu tədbirlə Azərbaycan otuz ildən artıq davam edən haqsızlığa son qoyub və ölkənin suverenliyini tam bərpa edib. Bu qətiyyətli addım Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı uzunmüddətli qəsdini sona çatdıraraq beynəlxalq hüququn aliliyini təmin edib. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlanmış sistemli mübarizə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla tamamlanıb. Otuz il davam edən və tam qələbə ilə nəticələnən bu mübarizə, Azərbaycanda xalq və dövlət arasında birliyin təcəssümüdür”.

Sənəddə vurğulanıb ki, Azərbaycanın atdığı addımlar təkcə özünün milli maraqlarına xidmət etməyib, həm də beynəlxalq ədalət prinsiplərini müdafiə edib. Bu, dünyanın xaos və ədalətsizliklərlə dolu olduğu bir dövrdə haqqın və ədalətin nadir təntənəsidir.

“Təəssüf ki, bəzi xarici qüvvələr bu nailiyyətləri mənfi işıqda göstərməyə və ikiüzlülük yolu ilə yenidən gərginlik yaratmağa cəhd edirlər. Biz bu qüvvələrdən beynəlxalq hüquq normalarına hörmət etməyi və regionda davamlı sülhə mane olmamağı tələb edirik. Biz bütün dövlətləri ədalətin bu şanlı qələbəsini alqışlamağa və tarixin bu ağrılı səhifəsinin ləyaqətlə bağlanması üçün Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışını dəstəkləməyə çağırırıq”, – bəyanatda qeyd edilib.

Əvvəlki Yazı

Salyanda yay şumu qaldırılır

Növbəti Yazı

Azərbaycanda gül istehsalçılarına vergi güzəştinin olunması müzakirə edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.