“Həmin layihələrin icrası zamanı informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsinə də xüsusi önəm verilir. Azərbaycanda rəqəmsal iqtisadiyyatın tətbiqinin genişləndirilməsi, böyük həcmli dataların idarə edilməsi, süni intellekt həllərinin tətbiqi, əşyaların interneti sahəsində “ağıllı şəhər” və “ağıllı kənd” layihələrin icra olunması, rəqəmsal marketinq, dron və robot texnologiyalarının inkişaf etdirilməsi “yaşıl iqtisadiyyat”ın qurulması üçün əlverişli şərait yaradır. Bu məsələlərin uğurlu və dayanıqlı tətbiqinə nail olmaq üçün isə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində infrastrukturun genişləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi və texnoloji həllərin tətbiqinə diqqətin artırılması tələb olunur”, – deyə nazir müavini qeyd edib.