Britaniya İsraili və Livanın şiə təşkilatı Hizbullahı hərbi əməliyyatları dayandırmağa və atəşkəs yaratmağa çağırır. Bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Reuters agentliyinə bildirib.
Parisdə amerikalı, italyan və fransalı həmkarları ilə görüşdən sonra “Bu gecə mən hər iki tərəfi dərhal atəşkəsə çağırıram” deyib: “Biz hamımız israillilərin geri dönməsinə imkan verən danışıqlar yolu ilə siyasi həll görmək arzusundayıq “. (Tass)