İsrail hərbi-hava qüvvələrinin paytaxtın cənub ətrafı Dahiya bölgəsinə endirdiyi reyd nəticəsində şiə Hizbullah partiyasının rəhbərliyinin üzvlərindən biri öldürülüb. Bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Bundan əvvəl TASS-ın müxbirinə yerli meriyadan bildirilib ki, qırıcı təyyarələr Əl-Qaim məscidinin yerləşdiyi əraziyə 4 raket zərbəsi endirib. “El-Camus yaşayış massivində baş verən partlayışlar nəticəsində xəsarət alanlar olub”, – mənbə bildirib. (Tass)