Almaniya hakimiyyəti üç hökumət A350 təyyarəsini xüsusi raket əleyhinə müdafiə sistemi ilə təchiz etmək niyyətindədir. Bu barədə “Spiegel” jurnalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi ilin sonuna qədər Bundestaqın Büdcə Komitəsinə bunun üçün dövlət vəsaitinin ayrılması xahişi ilə müvafiq sorğu göndərəcək. Üç təyyarə ilk növbədə prezident Frank-Valter Steinmeier, kansler Olaf Scholz və xarici işlər naziri Annalena Bärbock tərəfindən istifadə olunur. Təyyarənin füzelajları lazer impulsları vasitəsilə daxil olan raketlərin döyüş başlıqlarını sıradan çıxara bilən xüsusi infraqırmızı sistemlə təchiz ediləcək. Bu, Almaniya rəhbərliyinə Mali kimi hava məkanında atəşə məruz qalmaq təhlükəsi olan ölkələrin üzərindən uçmağa imkan verəcək.
Sistem İsrailin Elbit şirkəti tərəfindən Almaniyanın Diehl Defence müdafiə konserni ilə birlikdə hazırlanıb. Spiegel xəbər verir ki, bir çox Bundesver nəqliyyat təyyarələri artıq onunla təchiz olunub. (Tass)