Polşanın xarici işlər naziri Radoslav Sikorski “Krımın BMT mandatına verilməsi” ilə bağlı dediklərini geri götürərək, bunu iştirak etdiyi “müzakirənin fərziyyə xarakteri” ilə izah edib.
“[Kiyevdə] konfransda ekspertlər arasında qeyd-şərtsiz (sitat gətirmədən ) fərziyyə əsasında müzakirə aparıldı, burada biz [Ukrayna] prezidenti Vladimir Zelenskinin özünün təkliflərini necə həyata keçirəcəyimizi müzakirə etdik. O, diplomatik addımlar barədə danışıb”, – deyə Sikorski Polşa mediası üçün Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.
Polşa Xarici İşlər Nazirliyinin rəhbəri öz ideyasını Kiyevdə keçirilən görüşdə təqdim edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov onun təklifini absurd adlandırıb. Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Polşanın özünü BMT mandatı altına keçirmək barədə əks təkliflə polşalı diplomata cavab verib və Krımın Rusiya Federasiyasından ayrılmazlığını vurğulayıb. (Tass)