Volker Türk deyib ki, bu hücumları sifariş edən və həyata keçirənlər məsuliyyətə cəlb edilməlidir.
/TASS/. Mülki əhali arasında terrorun yayılmasına yönəlmiş zorakılığın törədilməsi müharibə cinayəti kimi təsnif edilir. Bunu BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk BMT Təhlükəsizlik Şurasının iclasında Livanda baş verən partlayışlarla bağlı danışarkən deyib:
“Mən bir daha bu partlayışların şərtləri ilə bağlı müstəqil, hərtərəfli və şəffaf araşdırmaya çağırıram, bu hücumları sifariş edən və həyata keçirənlər mülki əhali arasında terroru yaymaq məqsədi ilə zorakılıq törətmək üçün məsuliyyət daşımalıdırlar”.