İyun 17, 2025-20:11
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın lüks turizm imkanları Qazaxıstanda təbliğ edilib

2024:09:23 - 14:02
in İQTİSADİYYAT
A A

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 18-20 sentyabrda Qazaxıstanın Astana və Almatı şəhərlərində keçirilmiş “Luxury Travel Mart” tədbiri çərçivəsində ölkəmizin lüks turizm məhsullarının təqdimatı ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Əsasən lüks turizm məhsullarının təqdim olunduğu tədbirdə Qazaxıstanın 25 aparıcı turizm operatoru və səyahət agentliyi ilə B2B (biznesdən-biznesə) formatlı görüşlər keçirilib, Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Turizm sahəsində əməkdaşlıq əlaqələrini möhkəmləndirmək və yeni işgüzar əlaqələr qurmaq üçün əlverişli platforma olan “Luxury Travel Mart” tədbiri çərçivəsində təşkil edilən biznes səhər yeməyində Qazaxıstanı təmsil edən 50 turizm agentliyi üçün Azərbaycanın əsas turizm destinasiyaları barədə təqdimat keçirilib.
İştirakçılar ölkəmizin qış idman növləri, mədəni turizm, sağlamlıq təklifləri və turizm təcrübələri barədə məlumatlandırılıblar.

Bu ilin yanvar-avqust aylarında Qazaxıstandan Azərbaycana 58 082 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64 % çoxdur.

Əvvəlki Yazı

İsrailin xarici işlər naziri Hizbullahı hərbi cinayətlərdə ittiham edib

Növbəti Yazı

Rusiya Dəmir Yolları 2030-cu ilə qədər pilotsuz uzun məsafəli qatar buraxa bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.