Livanın bir sıra departamentlərinə və adi vətəndaşlara onları vurulacaq binaları tərk etməyə çağıran vahid telefon mesajları göndərilib. Bu barədə ölkənin informasiya naziri vəzifəsini icra edən Ziyad Makariyə istinadən “ Al Wataniya” agentliyi məlumat yayıb.
“İsrail düşməni Livana qarşı psixoloji müharibənin bir hissəsi olaraq hədə-qorxu kampaniyasını davam etdirir” mətnində deyilir: “Beyrutda və digər bölgələrdə çoxlu sayda vətəndaşa təcili olaraq yerlərini tərk etmək tövsiyəsi ilə vahid telefon mesajı göndərilib. Eyni təhdid mesajlarının İnformasiya Nazirliyi də daxil olmaqla bir neçə idarəyə daxil olduğu dəqiqləşir.
Makarinin bəyanatında qeyd edilir ki, belə bir təsir üsulu İsrail üçün qeyri-adi deyil. “Nazirlik və idarələrin işi normal templə davam edir, bütün əməkdaşlar öz vəzifələrini yerinə yetirirlər”, – deyə sənəddə vurğulanır: “Sizi bu məsələyə lazım olandan artıq diqqət yetirməməyə çağırırıq səlahiyyətlilər bildirib.” (Tass)