Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçirilir.
APA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, eləcə də, müxtəlif dövlər qurumlardan nümayəndələr, media mənsubları iştirak edirlər.Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə təşkil olunan və iki gün davam edəcək seminar çərçivəsində “Dini etiqad azadlığı və azad media: sərhədlər haradan başlayır?”, “Dini maarifləndirmənin təşkilində medianın rolu: əsas təbliğat və təsir metodları” və “Dini radikalizmlə mübarizə və media” adlı sessiyaların həyata keçirilməsi nəzərdə tutulur.