Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib ki, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putinlə görüşməyi və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın salamlarını ona çatdırmağı gözləyir.
“Bizim çox gərgin proqramımız var, o cümlədən çərşənbə günü biz prezident Putinlə görüşəcəyik” deyib.“Əlbəttə, indi mənim bir daha cənab Ərdoğanın rus xalqına salamlarını, dostluq və əməkdaşlıq arzularını çatdırmaq imkanım var”, – deyə Kurtulmuş Ərdoğandan Putinə hansı mesajı çatdırmağı planlaşdırdığı sualına cavab verib. (Tass)