İsrailin baş naziri Benyamin Netanyahu yəhudi dövlətində səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkeni Tel-Əvivdə qəbul edib. Bu barədə Netanyahunun ofisi məlumat yayıb.
“İsrailin baş naziri Benyamin Netanyahu hazırda Tel-Əvivdə baş nazirin ofisində ABŞ dövlət katibi Antoni Blinken ilə görüşür. Genişləndirilmiş görüşün əvvəlində baş nazir dövlət katibinə İsrailə verdiyi dəstək sözlərinə görə təşəkkür edib. ”, – deyə məlumatda deyilir.
Geniş tərkibdə keçirilən iclasda İsrailin xarici işlər naziri Eli Koen, strateji planlaşdırma naziri Ron Dermer və digər rəsmi şəxslər də iştirak ediblər. Danışıqlarda Amerika tərəfdən fəaliyyət göstərən nümayəndələr iştirak edir. ABŞ-ın İsraildəki səfiri, Blinkenin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Leaf və başqaları.
Geniş tərkibdə keçirilən görüşdən sonra ABŞ dövlət katibi və İsrailin baş naziri bağlı qapılar arxasında danışıqlar aparacaq, daha sonra jurnalistlərə açıqlama verəcəklər. İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisindən verilən məlumata görə, mətbuat konfransının sonunda Blinken və Netanyahu İsrailin müdafiə naziri Yoav Qalant, Milli Birlik Hökumətinin üzvü Benni Qantz və Knesset üzvü Qadi Eyzenkot ilə görüşəcəklər. (Tass)