Avqust 21, 2025-16:55
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Avtomobil icarəsi şirkətlərinin fəaliyyəti tənzimlənəcək

2024:09:24 - 11:23
in İQTİSADİYYAT
A A

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Dövlət Turizm Agentliyinin rəhbərlik etdiyi “Turizmin inkişafı” İşçi qrupunun tərkibində yaradılan və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupun növbəti iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, “Turizmin inkişafı” İşçi qrupun rəhbəri, Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Tematik qrupun rəhbəri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev, aidiyyəti dövlət qurumlarının, həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilən iclasda avtomobil icarəsi sahəsinin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin şəffaflaşdırılması və səmərəliliyinin artırılması, əlverişli biznes mühitinin yaradılması üzrə müzakirələr aparılıb.

İclas zamanı özəl sektor, aidiyyəti dövlət qurumları ilə aparılmış müzakirələrin nəticələri, eləcə də beynəlxalq təcrübə nəzərə alınmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi akt layihələri və avtomobil icarəsi əməliyyatlarının rəqəmsallaşdırılmasını nəzərdə tutan portalın yaradılması məsələləri müzakirə edilib. Bildirilib ki, bu sahənin dövlət tənzimlənməsi təşəbbüsü sahibkarların qarşılaşdıqları çətinliklərin və qeyri-qanuni fəaliyyət nəticəsində üzləşdikləri haqsız rəqabətin aradan qaldırılması, eyni zamanda onların səmərəli iqtisadi fəaliyyətinə, eləcə də sahənin investorlar üçün cəlbediciliyinə şərait yaradılması ilə bağlı, məhz özəl sektorun çağırışlarına cavab olaraq irəli sürülüb.

Müzakirələr çərçivəsində irəli sürülmüş layihələrə dair aidiyyəti qurumların nümayəndələrinin, həmçinin şirkətlərin təmsilçilərinin rəy və təklifləri dinlənilib, sahənin tənzimlənməsi ilə bağlı digər qanunvericilik aktlarına əlavə və dəyişikliklərlə bağlı fikirlər irəli sürülüb.

Daha sonra müzakirələrdə qaldırılan məsələlərin təhlil edilməsi, aidiyyəti qurumların layihələrlə bağlı rəy və təkliflərinin ümumiləşdirilməsi və müvafiq qərarlar qəbul edilməsi üçün yekun layihələrin qısa müddət ərzində Komissiyaya təqdim edilməsi barədə Tematik qrupa tövsiyələr verilib.

Məlumat üçün qeyd edək ki, “Avtomobil icarəsi şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və stimullaşdırılması üzrə” Tematik qrupa rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Əvvəlki Yazı

Samir Şərifov İranın XİN Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüşüb

Növbəti Yazı

Dublyajlarda üslub və ifadə səhvləri üstünlük təşkil edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.