Moskva İsrailin Livana qarşı həyata keçirdiyi irimiqyaslı hərbi hücumları qətiyyətlə pisləyir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.
“Biz Livana qarşı həyata keçirilən genişmiqyaslı hərbi hücumları qətiyyətlə pisləyirik, mülki şəxsləri hədəf alan ayrıseçkilikdən kənar hücumların qəti şəkildə yolverilməzliyi ilə bağlı prinsipial mövqeyimizi xüsusilə vurğulamaq istərdik”, – diplomat vurğulayıb.
Rusiya Yaxın Şərqdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırır, Zaxarova əlavə edib.