İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 492-dən 558-ə yüksəlib, 1835 nəfər yaralanıb, ölkənin səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad mətbuat konfransında bildirib.
“Qurbanlar arasında 50 uşaq və 94 qadın, 4 təcili yardım işçisi də həlak olub, onların maşınları hava zərbələrinə məruz qalıb”, – deyə o bildirib .” (Tass)