Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Livandakı nümayəndəsinin müavini Etti Higgins Livanda münaqişənin davam etdirilməsinin fəlakətli nəticələrə səbəb olacağını bildirib və qeyd edib ki, son sutka ərzində ölkədə əvvəlki 11 ay ilə müqayisədə daha çox uşaq öldürülüb.
Cenevrədə keçirdiyi brifinqdə o, “Dünən azı 35 uşaq öldü ki, bu da Livanda son 11 ayda öldürülən uşaqların sayından (22 uşaq) çoxdur” deyib və bir neçə uşağın hələ də dağıntılar altında qaldığını söyləyib. “Bu münaqişənin davam etməsi Livandakı bütün uşaqlar, xüsusən də evlərini tərk etmək məcburiyyətində qaldıqları ölkənin cənubunda, Bekaa və Livanın şərqindəki şəhər və qəsəbələrdəki ailələrdən olanlar üçün fəlakətli nəticələrə səbəb olacaq” deyə Higgins bildirib. (Tass)