Slovakiya Nazirlər Kabinetinin aparatının əməkdaşları içərisində güllə olan zərf alıblar. Üstəlik, bağlama respublikanın baş naziri Robert Fikoya ünvanlanıb.
Bu barədə Slovakiyanın “Aktuality” nəşri məlumat yayıb.
Hökumətin mətbuat xidmətinin bildirdiyinə görə, ofis işçiləri gülləni rentgen aparatı vasitəsilə səhər poçt yoxlaması zamanı aşkar ediblər.
“Biz təsdiq edə bilərik ki, Slovakiya Respublikasının Baş nazirinin adına güllə olan zərf bu gün hökumət idarəsinə çatdırılıb”, – Departamentdən Aktuality-yə şərhdə deyilir.
Səlahiyyətlilər və hüquq-mühafizə orqanları hələ də zərfin göndəricisini müəyyən edə bilməyiblər. Bratislava regional polis idarəsinə tabe olan polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. (Starna.ua)