Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar, Birləşmiş Millətlər Təşkilatının (BMT) keçmişin əsiri olaraq qaldığını və qlobal Cənub ölkələrinin “az qiymətləndirildiyini” söyləyib və beynəlxalq institutlarda islahatlara çağırıb.
“Dünya ağıllı, əlaqəli və çoxqütblü arenaya çevrilib və BMT-nin yaradılmasından sonra onun üzvlük sayı dörd dəfə artıb. Bununla belə, BMT keçmişin əsiri olaraq qalır”, – Cayşankar G20 xarici işlər nazirlərinə müraciət edərkən deyib.
“Daimi üzvlər kateqoriyasında genişlənmə və lazımi təmsilçilik xüsusi bir imperativdir. Asiya, Afrika və Latın Amerikası – qlobal Cənub – bundan sonra da aşağı qiymətləndirilməyə davam edə bilməz”, – Hindistanın xarici işlər naziri əlavə edib.”
O, həmçinin qeyd edib ki, beynəlxalq maliyyə və ticarət arxitekturasının islahatlara ehtiyacı var. “Bretton Woods institutları indi diqqəti davam edən inkişaf problemləri və aktual iqlim dəyişikliyinin diktə etdiyi təcili məsələlərə yönəltməlidir” deyib. (Tass)