ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı ölkənin zəifliyinin nümayişi oldu. Bu fikri Fox News kanalı bildirib.
Qeyd edilib ki, Baydenin “qu quşu mahnısı” ABŞ-ın zəifliyinin və administrasiyasının uğursuz xarici siyasətinin “kədərli nümayişinə” çevrildi. Telekanal diqqətə çatdırıb ki, Amerika lideri çıxışında “ortaq ümid və əməkdaşlıq haqqında” bayağı fikirlər səsləndirib, həqiqətən vacib mövzulara az diqqət yetirib. (Tass)