ABŞ prezidenti Co Bayden iddia edir ki, respublikaçıların ən yüksək hökumət postuna namizədi Donald Tramp Vaşinqtonun NATO da daxil olmaqla tərəfdaşlarının və müttəfiqlərinin olmasını vacib hesab etmir.
Amerika liderinin sözlərinə görə, Tramp “tərəfdaşların dəyərini, ittifaqların dəyərini, dünyanı birləşdirməyin dəyərini başa düşmür”. “Tramp seçildiyi təqdirdə NATO-dan çıxmaq istədiyini deyir”, – Demokrat Bayden ABC televiziyasının müxbirlərinə müsahibəsində deyib. (Tass)