Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, vitse-prezident Kamala Harrisin hərəkətləri ölkə iqtisadiyyatına ondan əvvəlkilərdən daha çox zərər vurub.
“Tarixdə heç bir vitse-prezident ABŞ iqtisadiyyatına Kamala Harris qədər ziyan vurmayıb”, Tramp Şimali Karolinada tərəfdarlarına deyib.
“Dörd il əvvəl ölkəmiz qorxulu və hörmətli idi və tezliklə ölkəmiz yenidən qorxulu və hörmətli olacaq. Heç bir təhlükə məni sarsıtmayacaq. Heç bir düşmən məni qorxutmayacaq”, – o əlavə edib. (Tass)